Esas bölme

Elave bölme
Maraqlı [4]
Mahnılar [8]
Şekiller [2]
Videolar [0]
Proqramlar [0]
İslam [6]
İdman [3]
Sevgi [4]
Rock [1]
Xeberler [5]
Oyunlar [1]
Avtombil Dunyasi [2]
Letifeler [11]
Hazir mesajlar [5]
Sehidler Haqqinda [0]
Isler Haqqda [0]
Chat
200

Sonuncu Şerhler

Ses verme
Yeni saytımız necedir?
Всего ответов: 100

Qan yaddaşı
 
 

Главная » 2009 » Октябрь » 18 » Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti
18:33
Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti
Şəfa Məmmədovanın rəfiqəsinə son sözü: “Ailə qurmaq üçün 30 yaşınadək gözləməyə dəyərmiş”

Füzuli küçəsindəki 60 saylı binada, Məmmədovların yaşadığı evdə cəmi 18 gün əvvəl toy xonçaları bəzənmişdi, yaxında-uzaqda yaşayan qohumlar, dost-tanışlar bu həyətə toplaşıb gəlin köçməyə hazırlaşan Şəfanın valideynlərinə gözaydınlığı verirdilər. Rəfiqələri, iş yoldaşları, qonşuları Şəfanı tər çiçəklərlə, səmimi arzuları ilə təbrik edib, ona “qoşa qarıyasınız, nəvəli-nəticəli olasınız” demişdilər....

Bu, çoxdan deyildi, cəmi 18 gün əvvəl – aprelin 12-də Şəfanın ata evindən gəlin köçən gün idi. Hələ şadyanalıq, toy əhval-ruhiyyəsi bu evdən çəkilməmişdi, heç toy şirniyyatı da yeyilib qurtarmamışdı. Aprelin son günü Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) silahlı basqın pozdu bu düzəni. Cəmi 18 gün əvvəl Şəfanı gəlin aparmağa gələn bərbəzəkli maşınların dayandığı həyətdə indi onun yas mərasimi üçün ağ çadırlar qurulub.





Biz həyətə çatanda artıq ikinci çadır da qurulurdu. Birinci çadır adamlarla dolu olduğundan yas mərasiminə gələnlərin bir qismi ayaq üstə dayanıb ikincinin qurulmasını gözləyirlər. Mərhum Şəfanın atası, “Respublika” qəzetinin əməkdaşı Afət Məmmədova yaxınlaşıb başsağlığı verdikdən sonra gəlişimizin məqsədini söyləyirik. Əlini ayaq üstə dayanmış insanlara doğru uzadıb “Mən nə deyə bilərəm ki? Rəfiqələri, müəllimləri, iş yoldaşları buradadır, gedin onlardan soruşun” deyir...

Hamının ürəyi doludur, amma heç kəs danışa bilmir, kimi dindirirsən, ağzını açan kimi hıçqırıq boğur. Təkcə Şəfanın ən yaxın rəfiqəsi, onunla eyni otaqda laborant işləyən Mətanət Həsənquliyeva çətinliklə də olsa, danışa bilir.

“Mən Şəfa ilə bir otaqda otururdum. Çox alicənab, təmkinli, savadlı, geniş dünyagörüşü olan insan idi. Mən onu hələ tələbə ikən tanıyırdım. Sonradan qismət elə gətirdi ki, hər ikimiz bir yerdə laborant işlədik”.





Qırmızı diplom

Şəfa Məmmədova 1978-ci ildə Naxçıvanda anadan olub. Orta və ali təhsili də elə orada alıb. Naxçıvan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra həmin ixtisas üzrə Bakı Dövlət Universitetinin magistratura pilləsinə daxil olub. İki illik magistr təhsilini qırmızı diplomla başa vurub. Ötən il isə aspiranturaya qəbul olub.

Mətanət Həsənquliyeva deyir ki, onun rəfiqəsi heç vaxt oxumaqdan, öyrənməkdən yorulmazdı: “Hətta işdən sonra da nə vaxt zəngləşirdiksə, deyirdi elmi iş üzərində işləyir. İşdə boş oturmazdı, hətta çay içəndə də kitabı əlindən yerə qoymazdı. Şəfa elə bir insan idi ki, onun haqqında nə desəm, azdır, onun şəxsi keyfiyyətləri sözlə ifadə edilə bilməyəcək qədər böyük idi. Kollektivdə hamıya nümunə idi, onun yanında artıq bir hərəkət eləməyə də adam utanırdı. Elə ona görə də hamı çox istəyirdi onu”.





Ağ gəlinlik

Rəfiqəsi Şəfanın ata evindən gəlin köçdüyü günün təəssüratlarını bölüşmək istəyir, ağlayır, bir anlıq özünü ələ alıb yenidən başlayır: “Aprelin 12-də bütün kollektiv onun toyuna yığışmışdıq. Onu gəlin maşınına necə oturduğumuz, şadlıq evinə necə daxil olduğumuz indi gə gözümün önündədir. Ağ gəlinlik paltarı necə də gözəl yaraşırdı ona?! Hələ şokdayam, nə baş verdiyini ağlıma sığışdıra bilmirəm”.

Mətanət Həsənquliyeva Şəfanın kəbin mərasimində onun şahidlik edib. Münasibətləri o qədər yaxın olub ki, gələcək ailə həyatının necə olacağı barədə saatlarla danışırmışlar: “Bundan əvvəl bir neçə dəfə müxtəlif yerlərdən ona elçilər gəlib. Amma Şəfa bəyənməmişdi, deyirdi ki, ailə qurmağa görə tələsmək lazım deyil. Bu oğlanı öz bəyənmişdi, toyları “Tural” şadlıq evində oldu. Şahlara layiq bir toy idi. Hamı onu o qədər çox istəyirdi ki, ürəkdən sevinirdilər bu toya”.

Şəfa Məmmədova cəmi 18 gün yaşadığı ömür-gün yoldaşını çox bəyənibmiş: “Bir qədər gec ailə qurdu. Həmişə deyirdi ki, qismətimi gözləyirəm, harada olsa, özü ağ atlı şahzadə kimi gələcək... Hər şey iki ayın ərzində oldu. Bu iki ay ərzində əvvəl nişan, sonra toy tədarükləri başladı və aprelin 12-də toyları oldu”.

Şəfa Məmmədova 18 günlük evlilik həyatından çox razılıq edirmiş. Həyat yoldaşının, qayınanasının isti münasibəti qarşısında özünü dünyanın ən xoşbəxt qadını hesab edirmiş.






“Şəfa gözləyib 30 yaşında ailə qurduğuna görə çox şükür eləyirdi. Deyirdi ki, çox şükür ki, gözləməyinə dəydi, çox gözəl seçim elədim. Çox gözəl bir ailəyə düşmüşəm, bütün qızlara, sənə arzu edirəm belə ailəni...” - Mətanət Həsənquliyeva ağlaya-ağlaya danışır.

Qara xəbər

Rəfiqəsi hər gün bir otaqda oturduğu Şəfanın gülləyə tuş gəlməsindən hadisədən bir qədər sonra xəbər tutub. Müsahibimiz deyir ki, dünən o, hadisənin baş verdiyi bina ilə üzbəüz yerləşən əsas korpusda keçirilən imtahanda koordinator idi. Bu səbəbdən də səhər işə gələrkən elə birbaşa əsas binaya gedib. Şəfa isə dərsi olduğundan iş otağının qapısını bağlayıb getmək istəyib. Amma əvvəlcə kafedra müdiri Namiq müəllimə zəng vuraraq onda açar olub-olmadığını soruşub.

“Namiq müəllim deyib ki, məndə açar var, qapını bağla, get. Amma Namiq müəllim içəri girəndə görüb ki, tələbələr bufetin qarşısında, pilləkənlərdə öldürülüb. Dərhal Şəfaya zəng edərək koridora çıxmamağı, qapını bağlayıb içəridə gözləməyi tapşırmaq istəyib. Ancaq Şəfa telefona cavab verməyib və o, birinci dəfə Namiq müəllimlə danışan kimi otaqdan çıxıb. Dəhlizə çıxanda silahlı adam onu başından güllələyib”.

Rəfiqəsi deyir ki, onun özü də əl çantasını imtahan keçirilən binadakı kabinetə qoyub, əsas iş otağına qayıtmaq istəyib. Bu zaman Namiq müəllim ona da zəng edərək burada silahlı şəxslərin olduğunu və əraziyə girməyin mümkünsüz olduğunu deyib: “Əvvəlcə düşündüm ki, Namiq müəllim zarafat eləyir. Sonra gördüm ki, yox, məsələ ciddidir”.





Kafedra müdiri Mətanət Həsənquliyevaya təhlükəli vəziyyətin yarandığını və buna görə otaqdan çıxmamağı tapşırıb. O həmçinin Şəfa Məmmədovaya zəng etdiyini, lakin telefona cavab vermədiyini də Mətanətə söyləyib və deyib ki, Şəfaya zəng vursun: “Dayanmadan bəlkə 20 dəfə Şəfaya zəng vurdum. Amma telefonu götürmürdü. Düşündüm ki, bəlkə də özü harasa gedib, telefon çantada qalıb içəridə. Sonra Namiq müəllimə zəng vurdum ki, Şəfa heç vaxt 10-un yarısınadək otaqda qalmır. Yəqin yenə dərsə gedib və indi dərsdə olduğundan telefona cavab verə bilmir. Hətta mən mesaj da yazdım ki, Şəfa, telefona cavab verə bilmirsənsə, mesaj yaz. Bir az da gözlədim, xəbər çıxmadı. Artıq aləm qarışmışdı bir-birinə. Dostunu axtaran kim, övladını axtaran kim... Axırıncı dəfə Şəfaya bir də zəng vuranda bir oğlan cavab verdi. Soruşdum ki, telefonun yiyəsi hardadır? Cavab verdi ki, biz meyit daşıyırıq, telefonu koridordan tapmışam, kimin olduğunu bilmirəm. Bundan sonra nə baş verdiyindən xəbərim olmadı”.

Mətanət Həsənquliyeva ilə söhbəti bitirib, Şəfanın 18 gün əvvəl gəlin köçdüyü evə yaxınlaşırıq. Dar həyəti olan ikimərtəbəli köhnə binanın qarşısında oturmuş qadınlar Şəfanın toy şəkillərinə baxırlar...

Şəfanın ölüm xəbərinin onlara necə çatdığını qardaşı Anar danışır: “Mən Naxçıvandaydım. Dünən Bakıda atışma baş verdiyini eşidən kimi atamla əlaqə saxladım, gördüm ağlayır. Dəqiq bir söz deyə bilmədi. Sonra yenidən zəng vurdum, dedilər ki, Şəfanın ayağı sınıb, yaralıdır. Şəfanın meyitini rəfiqəsinin anası morqda tanımışdı, o bizə xəbər verdi”.

...Şəfa Məmmədovanın 18 gün əvvəl gəlin, 1 gün əvvəl isə dünyadan birdəfəlik köçdüyü bu evi, həyəti tərk edirik. Artıq yas mərasimi üçün qurulmuş ikinci ağ çadır da hazırdır. Şəfanın nakam taleyinə ağlamağa gələnlər, kişili-qadınlı hamı ağ çadırlarda oturub “Yasin”ə qulaq asır. Ətraf tam sakitlikdir, qəribə bir sükut çöküb ortaya. Bakı küləyi ağ çadırların giriş qapısının üzərindən asılmış qaralı-qırmızılı lenti dəyirman daşı kimi göydə fırladır. Qırmızı-qara lent az qala yerindən qopub uçmaq, göylərə qalxıb yox olmaq istəyir...


Категория: Xeberler | Просмотров: 721 | Добавил: Anti_Virus | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Sayta giriş
Salam: Гость

Логин:
Пароль:

Teqvim

Şerhçiler

  • Anti_Virus
  • baron
  • Virus_RN
  • Michaelwend
  • Anti_Hacker
  • __DeD_-_WoLF__
  • _BUMER_
  • GUNEWLINEC
  • _MAXIMUS_
  • GURCU_89
  • Axtarış

    Ümumi melumat

     Bütün: 11528 
     Bu ay: 0 
     Bu hefte: 0 
     Dünen: 0 
     Bugün: 0

     Admin: 2 
     Moderator : 
    Jurnalist :
    V.I.P : 
    Gold User : 1

     
     Kişi: 11522 
     Qadın: 6

    Ulduz Ol

    Nik :
    Adı:
    Statusu :
    Yaşı :
    Yaşadığı yer :
    Telefon : Mail/Agent :
    Mesaj :

    Reklam

    Yeni istifadeçiler

  • Anti_Virus
  • baron
  • Virus_RN
  • Michaelwend
  • Anti_Hacker
  • __DeD_-_WoLF__
  • _BUMER_
  • GUNEWLINEC
  • _MAXIMUS_
  • GURCU_89
  • Dost saytlar

    Ziyaretçiler

  • Mereerrogue
  • swertvver
  • Shawnvqc
  • Coldus
  • kutikovakr
  • burenokErath
  • DanielleHync
  • SherylHync
  • Karasevkr
  • KarasevErath
  • Sayğac

    Indi saytda : 1
    Qonaq: 1
    Istifadeci: 0
    Saytda derc olunan melumatlara ve şerhlere göre Administratorluq mesuliyyet daşımır!!! © 2024 Создать бесплатный сайт с uCoz