Esas bölme

Elave bölme
Maraqlı [4]
Mahnılar [8]
Şekiller [2]
Videolar [0]
Proqramlar [0]
İslam [6]
İdman [3]
Sevgi [4]
Rock [1]
Xeberler [5]
Oyunlar [1]
Avtombil Dunyasi [2]
Letifeler [11]
Hazir mesajlar [5]
Sehidler Haqqinda [0]
Isler Haqqda [0]
Chat
200

Sonuncu Şerhler

Ses verme
Yeni saytımız necedir?
Всего ответов: 100

Qan yaddaşı
 
 

Главная » 2009 » Октябрь » 18 » Qiza ne qeder pul xerclemeli??
18:54
Qiza ne qeder pul xerclemeli??
Son zamanlar oğlanlarımız nədənsə qızlarla tanış olmaqdan, görüşməkdən, eləcə də evlənməkdən yaman çəkinirlər…
«Necə tanış olum, axı.. Cibimdə 5 manatım yox»…
Deyəsən, qızdan söz düşəndə oğlanların gözündə qadın silueti yox, pul kisəsi canlanır.
Bu işdə kimdir günahkar? Qızlar, yoxsa oğlanlar?
Qızlardan soruşsaq, deyəcəklər: «Bizim üçün əsas pul deyil. Əsas məhəbbətdir, hörmətdir. Pul olmasa da olar».
Oğlanları dindirsən: «Hansı qız adama pul xərclətdirmir ki? Məhəbbət yalan şeydir,əgər pulun olmasa».

Sevgiliyə pul xərcləmək yaxşı xasiyyətdir, amma olan yerdə.
Statistkaya görə, sevgilisi olan oğlanın hər gün (əgər qızı ötürürsə) ən azı 2-3 manat xərci çıxır.
Yox əgər həftədə bir-iki dəfə əməlli-başlı görüş təyin edirlərsə, onda xərc 20-30 manata qalxa bilər. Bu rəqəmlər əlbəttə ki, sadə oğlanlara aiddir: tələbələr, maaşlı işdə çalışanlar.

Pulunu balta kəsməyənlərlə isə işimiz yoxdur. Qoy nə qədər istəyirlər, xərcləsinlər.
Gəlin görək, sadə və maraqlı görüş üçün oğlanın cibində nə qədər pul olmalıdır:
İlk görüşdə təbii ki, gül alınmalıdır= 10 manat
Hər hansı kafedə, kiçik restoranda nahar etmək olar = 20 manat
Yol xərci də – 10 manat

Amma imkan yoxdursa, bu xərci çəkmək vacib deyil.
Siz bir qızılgüllə kifayətlənib, taksi ilə yox, metro ilə gedə bilərsiz. Bu, sizin üçün daha maraqlı olar. Restoranda naharı isə kiçik qəlyanaltı ilə əvəz edə bilərsiz. Şəhərdə belə yerlər çoxdur. Sonra da 2 bilet alıb, kinoya və yaxud teatra gedə bilərsiz. Görürsüzmü, az xərc çəkməklə daha yaddaqalan görüşə nail olmaq olar.
Hələ bilmək olmaz, çox pul xərcləyib, mənasız görüş keçirməklə qızların diqqətini və məhəbbətini qazana biləcəksizmi?
Həqiqətən də çox qızlar üçün fərqi yoxdur. Onlar heç təsəvvür etmirlər ki, oğlanlar görüş üçün lazım olan pula görə bu qədər həyəcan, narahatlıq keçirib, hətta borca girirlər. Əgər bilsələr, heç görüşə razılıq verməzlər.

Yadda saxla:
- Tanış olduğun qızla hələ münasibətləri tam aydınlaşdırmamış onu pul xərcləməyə alışdırma.
- Əgər o, özünə nəsə almaq üçün alış-verişə çıxmaq istəyirsə, düşünmədən, özünü yaxşı göstərmək üçün «bəlkə, mən də səninlə gedim?» demə.
- Özünü qızın yanında imkanlı, varlı-hallı evin oğlu olduğuna inandırma. Əgər bu belə deyilsə, lap pis. Yalanın ömrü 40 gün olur.
- Qız sənin yanında nə qədər maddi problemlərdən danışsa da, ürəyiyumşaq davranıb, «darıxma, pul lazımdırsa, mən verərəm» demə.
- Özünü hər görüşdə qənaətcil göstər.
- Özün sadə geyinib, qızdan da bunu istə.
- Şəhərdə qiymətləri münasib olan yerlər bələdlə ki, gəzinti zamanı xanımı ora aparasan.
- Qıza hədiyyə alarkən, onun bahalığına yox, mənasına, özəlliyinə fikir ver.
- Heç vaxt qıza xərcləmək üçün borca girmə.

Xaricdə qızla oğlanın göruş zamanı çəkilən xərcləri birgə ödəməsi çoxdan dəbdir. Həqiqətən, bir-birini sevib, hər şeyini paylaşanlar, xərclərini niyə bərabər çəkməsinlər ki?

Faktlar:
Bir oğlan sevdiyi qıza görə hər şeyə hazır idi. Qız əvvəl oğlanı sevməsə də, onun əliaçıqlığına görə «yox» da deyə bilmədi. Oğlan hər gün qızı dərsdən evə ötürər, günortalar qız üçün yemək alar, onun mobil telefonuna kontur yükləyərdi. İş o yerə çatmışdı ki, hətta qızın illik təhsil haqqına da köməklik edirdi. Beləcə, oğlanın bir illik maaşının 90%-i qıza xərclənirdi. Sonda qız texnikomu bitirib, oğlanı da xəbərdar etmədən öz rayonlarına qayıdır.
Bir oğlan isə görüşdüyü xanımın qəlbinə yol tapmaq üçün nəinki özünün, ailəsinin pullarını xərcləyib, hətta dostlarından da borc istəyib. Qızsa oğlanın pullu olduğunu fikirləşib, geninə-boluna xərclətdiribmiş. Götürdüyü pulları qaytara bilməyən oğlan bir müddət gözdən itir. Borclular isə oğlanı tapmayıb, qızın iş yerinə gəlirlər. Sonda borc pulları oğlanla qız birtəhər ödəyirlər. Çarələri nə idi ki?
Категория: Maraqlı | Просмотров: 799 | Добавил: Anti_Virus | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Sayta giriş
Salam: Гость

Логин:
Пароль:

Teqvim

Şerhçiler

  • Anti_Virus
  • baron
  • Virus_RN
  • Michaelwend
  • Anti_Hacker
  • __DeD_-_WoLF__
  • _BUMER_
  • GUNEWLINEC
  • _MAXIMUS_
  • GURCU_89
  • Axtarış

    Ümumi melumat

     Bütün: 11528 
     Bu ay: 0 
     Bu hefte: 0 
     Dünen: 0 
     Bugün: 0

     Admin: 2 
     Moderator : 
    Jurnalist :
    V.I.P : 
    Gold User : 1

     
     Kişi: 11522 
     Qadın: 6

    Ulduz Ol

    Nik :
    Adı:
    Statusu :
    Yaşı :
    Yaşadığı yer :
    Telefon : Mail/Agent :
    Mesaj :

    Reklam

    Yeni istifadeçiler

  • Anti_Virus
  • baron
  • Virus_RN
  • Michaelwend
  • Anti_Hacker
  • __DeD_-_WoLF__
  • _BUMER_
  • GUNEWLINEC
  • _MAXIMUS_
  • GURCU_89
  • Dost saytlar

    Ziyaretçiler

  • Mereerrogue
  • swertvver
  • Shawnvqc
  • Coldus
  • kutikovakr
  • burenokErath
  • DanielleHync
  • SherylHync
  • Karasevkr
  • KarasevErath
  • Sayğac

    Indi saytda : 1
    Qonaq: 1
    Istifadeci: 0
    Saytda derc olunan melumatlara ve şerhlere göre Administratorluq mesuliyyet daşımır!!! © 2024 Создать бесплатный сайт с uCoz