Esas bölme

Elave bölme
Maraqlı [4]
Mahnılar [8]
Şekiller [2]
Videolar [0]
Proqramlar [0]
İslam [6]
İdman [3]
Sevgi [4]
Rock [1]
Xeberler [5]
Oyunlar [1]
Avtombil Dunyasi [2]
Letifeler [11]
Hazir mesajlar [5]
Sehidler Haqqinda [0]
Isler Haqqda [0]
Chat
200

Sonuncu Şerhler

Ses verme
Yeni saytımız necedir?
Всего ответов: 100

Qan yaddaşı
 
 

Главная » 2009 » Октябрь » 19 » İslam : İslamda And içmek Medeniyyeti
11:19
İslam : İslamda And içmek Medeniyyeti
 
İslamda And içmək Mədəniyyəti


İslamın nəzərincə and içmək yaxşı əməl sayılmır, ancaq haram da sayılmır. Allahın adından qeyrisinə and içmək etibarsız sayılır və ona əməl etmək lazım deyildir. Yəni onun kəffarəsi yoxdur. Ancaq Allahın adı hallandırılan and içmələrə əməl etmək vacibdir, əks halda kəffarəsini vermək lazımdır. Allah Təala ''Bəqərə'' surəsinin 224 və 225-ci ayəsində buyurur: "Yaxşılıq etməməyiniz, günahdan çəkinməməyiniz və camaatın arasında barışıq yaratmamağınız barədə andlarınıza Allahı hədəf qərar verməyin! Allah eşidən və biləndir. Allah sizi bihudə və boş yerə içdiyiniz andlarınız üçün cəzalandırmayacaqdır; lakin qəlbən içdiyiniz andlara görə sizi cəzalandırar. Allah bağışlayan və həlimdir."

Ayələrdən gördüyümüz kimi, Allah Təala iki növ and içmələrə işarə etmişdir. Birinci dəstə o and içmələrdir ki, mənasız və boş sayılır, onlara fikir vermək lazım deyildir. Bu o qism and içmələrdir ki, insanlar fikir vermədən öz sözlərini qüvvətləndirmək üçün istifadə edirlər və buna adət ediblər. Hər bir işdə" Vallah" işlətdiyi kimi. Bu andlara mənasız andlar deyirlər. Mənasız andlar bütün o işlərə və sözlərə deyilir ki, müəyyən məqsədi yoxdur və ya iradəli olmayıbdır.

Ona görə də insanların qəzəbli halda dediyi andlar da mənasız andlara daxildir.

İkinci qism andlar isə iradəli halda həyata keçirilən andlardır. Bu andlara əməl etmək lazımdır və ona əməl etməmək nəinki günahdır, həm də kəffarəsi vardır. Bunun kimi andların üç növ kəffarəsi vardır.

Birincisi on nəfər kasıb adamı doydurmaqdır. Ancaq bu insanlara verilən yemək az miqdarda və ya kalorisi az olan ərzaqlardan olmamalıdır. Bu yemək öz evinizdə yediyiniz yeməklərdən olmalıdır.

İkincisi on nəfər yoxsul insanın geyindirilməsidir. Bu libas onun bütün bədənini örtməlidir və İmam Baqirdən (ə) gələn hədisdə deyilir ki, bu libasın bir dənə olması da kifayətdir. Yəqin ki, burada ərəb köynəyi nəzərdə tutulur ki, uzun olduğu üçün bütün bədəni örtür, lakin o, qadınlara kifayət etməz, çünki onlara örpək də lazımdır. Burada da libasın yaxşı vəziyyətdə olmasına təkid edilir.

üçüncüsü isə bizim dövrümüzdə yoxdur, o, bir qulu azad etməkdir.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, İslam qulları azad etmək, yoxsulları sevindirmək üçün müxtəlif vasitələrdən istifadə etmişdir. Və bizim bugünkü zəmanəmizdə ki, qul yoxdur, qalan iki kəffarələrdən birinə əməl edilməlidir.

Ancaq mümkündür ki, and içən adamın bunların heç birinə gücü çatmasın. Ona görə bütün bunlardan sonra Allah buyurur ki, əgər bu üç şərtə gücü çatmırsa, üç gün oruc tutsun. Ancaq bu üç gün oruc o kəslərə aiddir ki, bu üç şərtdən heç birini həyata keçirməyə gücü çatmır.

Ona görə deyə bilərik ki, andlara əməl etmək vacibdir və onu pozmaq haramdır. Ancaq əgər andını pozmusansa, kəffarə verməlisən. Bütün bu əhkamlar cəmiyyətin və fərdi insanların salamatlığı və səadəti üçündür.


Redaktə etdi    Anti_Virus
Категория: İslam | Просмотров: 1134 | Добавил: Anti_Virus | Рейтинг: 0.0/0
Всего комментариев: 2
2 Anti_Virus  
0
biggrin saol qaqam

1 baron  
0
maraqlidir

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Sayta giriş
Salam: Гость

Логин:
Пароль:

Teqvim

Şerhçiler

  • Anti_Virus
  • baron
  • Virus_RN
  • Michaelwend
  • Anti_Hacker
  • __DeD_-_WoLF__
  • _BUMER_
  • GUNEWLINEC
  • _MAXIMUS_
  • GURCU_89
  • Axtarış

    Ümumi melumat

     Bütün: 11528 
     Bu ay: 0 
     Bu hefte: 0 
     Dünen: 0 
     Bugün: 0

     Admin: 2 
     Moderator : 
    Jurnalist :
    V.I.P : 
    Gold User : 1

     
     Kişi: 11522 
     Qadın: 6

    Ulduz Ol

    Nik :
    Adı:
    Statusu :
    Yaşı :
    Yaşadığı yer :
    Telefon : Mail/Agent :
    Mesaj :

    Reklam

    Yeni istifadeçiler

  • Anti_Virus
  • baron
  • Virus_RN
  • Michaelwend
  • Anti_Hacker
  • __DeD_-_WoLF__
  • _BUMER_
  • GUNEWLINEC
  • _MAXIMUS_
  • GURCU_89
  • Dost saytlar

    Ziyaretçiler

  • Mereerrogue
  • swertvver
  • Shawnvqc
  • Coldus
  • kutikovakr
  • burenokErath
  • DanielleHync
  • SherylHync
  • Karasevkr
  • KarasevErath
  • Sayğac

    Indi saytda : 1
    Qonaq: 1
    Istifadeci: 0
    Saytda derc olunan melumatlara ve şerhlere göre Administratorluq mesuliyyet daşımır!!! © 2024 Создать бесплатный сайт с uCoz