Esas bölme

Elave bölme
Maraqlı [4]
Mahnılar [8]
Şekiller [2]
Videolar [0]
Proqramlar [0]
İslam [6]
İdman [3]
Sevgi [4]
Rock [1]
Xeberler [5]
Oyunlar [1]
Avtombil Dunyasi [2]
Letifeler [11]
Hazir mesajlar [5]
Sehidler Haqqinda [0]
Isler Haqqda [0]
Chat
200

Sonuncu Şerhler

Ses verme
Yeni saytımız necedir?
Всего ответов: 100

Qan yaddaşı
 
 

Главная » 2009 » Октябрь » 18 » Gündelik dualar
19:06
Gündelik dualar
8:56 Pm
 
İftar duası :
Bismillahir rəhmanir rəhim.Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu,ya vasiəl məğfirəti iğfirli.
İlahi,Sənə xatir oruc tuturam,Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm.Ey mərhəməti çox olan Allah,məni bağışla!

MÜBARƏK RAMAZAN AYININ GÜNDƏLİK DUALARI :

1-ci gün :

İlahi,bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et.Və bugünkü gündə məni qəflətdə yatanların yuxusundan oyat.Günahlarımı bağışla,ey aləmlərin Allahı və ey günahkarları əfv edən!

2-ci gün :
İlahi,məni bu gün razı olduğun əməllərə yaxın et və bu gün məni Öz qəzəbindən uzaqlaşdır.Belə bir gündə məni kitabın sayılan Quranın ayələrini oxumağa nail et.Ey rəhm edənlərin rəhimlisi!

3-cü gün :
İlahi,bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver.Məni ağılsız və səfeh işlərdən uzaq et.Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır.Ey səxavətlilərin səxavətlisi!

4-cü gün :
İlahi,Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver.Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır.Öz kəriminlə məni şükr etməyə hazır et.Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru.Ey görənlərin bəsirətlisi!

5-ci gün :
İlahi,məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver.Məni dostların sayılan saleh bəndələrindən qərar ver.İlahi,Öz məhəbbət və mərhəmətinlə məni bu gündə Sənə yaxın olan bəndələrindən qərar ver.Ey mərhəmət edənlərin mərhəmətlisi!

6-ci gün :
İlahi,məni bu gün Sənin sözündən çıxıb,günah etməklə xar və zəlil etmə.Qəzəb şallaqları ilə məni vurma.Məni bu gün Öz minnət və qüdrətin ilə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır.Ey arzu edənlərin son arzusu!

7-ci gün :
İlahi,məni bu günün orucunu tutmaqda və yaxşı əməllər etməkdə kömək ol.Belə bir gündə məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır.Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et.Ey yolunu azmışlara yol göstərən!

8-ci gün :
İlahi,bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edənlərdən və salam verənlərdən qərar ver.Məni Öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et.Ey arzu edənlərin sığınacaq və pənahı!

9-cu gün :
İlahi,məni bu gün Öz geniş və vüsətli rəhmətini qismət et və məni aydın,qüdrətli dəlillərinlə hidayət et.Məni Öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et.Ey istəklərin yüksək arzusu!

10-cu gün :
İlahi,bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver.Belə bir gündə Sənin hüzurunda yaxşı işlərdə müvəffəq olanlardan hesab et.Məni öz ehsanınla yaxın bəndələrindən qərar ver.Ey istəyənlərin son istəyi!

11-ci gün :
İlahi,bu gün məni yaxşı əməllər etməyə həvəsləndir.Belə bir gündə,məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat.Mənə qəzəb və cəhənnəm atəşini haram et.Ey pənahsızların ən ulu pənahı!

12-ci gün :
İlahi,məni bu gün günahdan qorunub,iffətli olmaqla zinətləndir.Mənə kifayət edən halal mal ver və qənaət libasını mənə geyindir.Məni belə bir gündə ədalət və insafla yaşamaqdan müvəffəq et.Məni qorxduğum işlərdən amanda saxla.Ey qorxanların ismət və qoruyanı!

13-cü gün :
İlahi,məni bu gün çirkin əməl və pis işlərdən pak et.Belə bir gündə qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbr və dözüm ver.Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et.Ey yoxsulların gözünün işığı.

14-cü gün :
İlahi,bu gün məni düzgün əməllərdə çaşıb,səhv etdiyim işlərdə məzəmmət etmə.Belə bir gündə Səndən üzr diləyib,etdiyim xəta və günahlara qarşı məni bağışla.Öz qüdrətinlə məni bəlalara hədəf qərar vermə.Ey müsəlmanların əzəmət və izzəti!

15-ci gün :
İlahi,bu gün məni Sənə həqiqi təzim edib ulu sayılanlar kimi itaət etməyə müvəffəq et.Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi işıqlandır.Ey qorxanlara aman verən!

16-cı gün :
İlahi,bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et.Belə bir gündə məni pis insanlardan uzaqlaşdır.Səni Allahına and verirəm,Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır.Ey aləmləri yaradan!

17-ci gün :
İlahi,bu gün məni yaxşı əməllərə yönəlt .Belə bir gündə mənim bütün arzu və ehtiyaclarımı ödə.Ey izahlara ehtiyacı olmayan Allah!Ey hamının qəlbində olanları bilən,salamın olsun Məhəmməd və onun pak Əhli-beytinə!

18-ci gün :
İlahi,bu orucluq ayının səhərlərinin bərəkətini mənə düşündür.Belə bir gündə Ramazan ayının işıq və nuru ilə qəlbimi işıqlandır.Mənim bütün bədən üzvlərimi bu ayda on gözəl əməlləri yerinə yetirməyə müvəffəq et,ey qəlbləri nurlandıran Allah!

19-cu gün :
İlahi,Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et.Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır.Bu ayda olan yaxşı əməllərin qəbul olmasından məni məhrum etmə.Ey açıq-aşkar haqqın tərəfinə yol göstərən!

20-ci gün :
İlahi,bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla.Belə bir gündə məni Quran oxumağa müvəffəq et.Ey möminlərin qəlblərini sakitləşdirib,aram edən!

21-ci gün :
İlahi,bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər.Belə bir gündə şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə.Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver.Ey ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən!

22-ci gün :
İlahi,bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et.Məni belə bir gündə Sənin razılığın olan əməlləri etməyə müvəffəq et.Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır.Ey çarəsizlərin duasını qəbul edən!

23-cü gün :
İlahi,bu gün mənim günahlarımı təmizləyib,çirkin və eyibli işlərdən pak et.Mənim qəlbimi belə bir gündə qəlblərə aid olan təqva ilə imtahan et.Ey günahkarların tövbəsini qəbul edən!

24-cü gün :
İlahi,bu gün Səndən,Səni salan əməlləri istəyirəm və Səni qəzəbə gətirən əməllərdən Sənə pəhan aparıram.Səndən istəyirəm ki,belə bir gündə məni,Sənə itaət etməyə və günah etməməyə müvəffəq edəsən.Ey hacəti olanlara səxavət və kərəm edən Allah!

25-ci gün :
İlahi,məni bu gün dostlarını istəyən və düşmənlərini düşmən sayanlardan qərar ver.Məni sonuncu peyğəmbərin din və şəriətini üstün tutub,ona gözəl əməl edənlərdən qərar ver.Ey peyğəmbərlərin qəlblərini hər bir sıxıntı sapqınlıqdan qoruyan Allah!

26-cı gün :
İlahi,bu gün mənim səyimi bəyənilmiş,günahımı bağışlanmış,əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver.Ey eşidənlərin ən gözəl eşidəni!

27-ci gün :
İlahi,bu gün mənim bütün çətinliklərimi asanlaşdır və mənim üzrlərimi qəbul et.Mənim günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver.Ey saleh bəndələrə mehriban olan Allah!

28-ci gün :
İlahi,bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məsuliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et.Bu gün sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır.Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqda geri qoymayan Allah!

29-cu gün :
İlahi,bu gün məni Öz rəhmətinlə əhatə et.Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et.Mənim qəlbimi şübhəli işlərdən,qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et.Ey mömin bəndələrinə rəhm edən Allah!

30-cu gün :
İlahi,Səni and verirəm ağamız olan Həzrət Məhəmmədə (S) və onun pak Əhli-beytinə.Bu ayda mənim orucumu Özün və Sənin peyğəmbərin razı olduğu kimi mükafatlandırıb qəbul et.Bu ayda Sənin istədiyin və müstəhəb əməllərimi orucun vasitəsilə qiymətləndir!

Allah tutduğumuz orucu,qıldığımız namazı və dualarımızı qəbul etsin!!!

Категория: İslam | Просмотров: 1239 | Добавил: Anti_Virus | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Sayta giriş
Salam: Гость

Логин:
Пароль:

Teqvim

Şerhçiler

  • Anti_Virus
  • baron
  • Virus_RN
  • Michaelwend
  • Anti_Hacker
  • __DeD_-_WoLF__
  • _BUMER_
  • GUNEWLINEC
  • _MAXIMUS_
  • GURCU_89
  • Axtarış

    Ümumi melumat

     Bütün: 11528 
     Bu ay: 0 
     Bu hefte: 0 
     Dünen: 0 
     Bugün: 0

     Admin: 2 
     Moderator : 
    Jurnalist :
    V.I.P : 
    Gold User : 1

     
     Kişi: 11522 
     Qadın: 6

    Ulduz Ol

    Nik :
    Adı:
    Statusu :
    Yaşı :
    Yaşadığı yer :
    Telefon : Mail/Agent :
    Mesaj :

    Reklam

    Yeni istifadeçiler

  • Anti_Virus
  • baron
  • Virus_RN
  • Michaelwend
  • Anti_Hacker
  • __DeD_-_WoLF__
  • _BUMER_
  • GUNEWLINEC
  • _MAXIMUS_
  • GURCU_89
  • Dost saytlar

    Ziyaretçiler

  • Mereerrogue
  • swertvver
  • Shawnvqc
  • Coldus
  • kutikovakr
  • burenokErath
  • DanielleHync
  • SherylHync
  • Karasevkr
  • KarasevErath
  • Sayğac

    Indi saytda : 1
    Qonaq: 1
    Istifadeci: 0
    Saytda derc olunan melumatlara ve şerhlere göre Administratorluq mesuliyyet daşımır!!! © 2024 Создать бесплатный сайт с uCoz